!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

İlhamənin boşandığı deyilən oğlu qəzəbləndi: "Arvad-uşağımın fotosunu yaymalıyam?"

!Reklam – Yazi

Xalq artisti İlhamə Quliyevının oğlu Orxan Nadirovun həyat yoldaşından ayrıldığı barədə xəbər Orxanı özündən çıxardıb.

Yenicag.az-a açıqlama verən O. Nadirov bunu şayiə adlandırıb:

“Əlbəttə, heç kim heç nədən sığortalanmayıb. Heç kim bilmir ki, sabah başına nə iş gələcək. Hər bir ailədə söz-söhbət olur. Küsülü olduğumuz vaxtlarda yəqin kimsə boşanma xəbərini yayıb. Ailəm də, uşağım da evimdədir. Necə yəni uşağı götürüb gedib, bayaqdan onunla şəhərdəyəm. İndi boşanmadığımı sübut etmək üçün ailəmin-uşağımın fotosunu paylaşmalıyam? Mən başa düşmürəm, bu camaat məndən nə istəyir? Müğənni deyiləm, aktyor deyiləm, adi insanam. Həyatımı niyə müzakirə edirlər? Orxanın şəxsi həyatı kimin nəyinə lazımdır? Anamla bacara bilmədilər, indi mənim üstümə düşüblər”.

Qeyd edək ki, Milli.az-ın xəbərinə görə, ARB-nin “Səhər-səhər” proqramında Əli Mirəliyev İlhamə Quliyevının oğlu Orxan Nadirovun həyat yoldaşından ayrıldığını deyib.

Cəvahir

www.yenicag.az

2011
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv