Xalq artisti, mərhum İlhamə Quliyevanın nəşi artıq Təzə Pir Məscidinə aparılır.
Bu barədə AzNews.az-a müğənni Əli Mirəliyev məlumat verib. O, bildirib ki, cənazə Təzə Pir Məscidindən götürüləcək: “Meyiti yardılar, baxış keçirdilər. Amma ekspertiza rəyi hələ açıqlanmayıb. Bu, hüquq-mühafizə orqanlarının işidir. Yəqin ki nəticəni özləri açıqlayacaq”.
***
Xalq artisti İlhamə Quliyevanın nəşi üzərində aparılan ekspertizanın nəticələri məlum olub.
“Report”un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, ekspertizanın ilkin nəticələrinə əsasən, xalq artisti trombdan (qan damarının tutulması) ölüb.
Xatırladaq ki, İ.Quliyeva bu gün səhər saatlarında 73 yaşında dünyasını dəyişib.