Azərbaycanlı ekstrasens Zirəddin Rzayevin şəxsi “İnstagram” səhifəsində İlhamə Quliyeva ilə çəkdirdiyi fotonu paylaşması müzakirələrə səbəb olub.
Fotoda ekstrasensin hamam xalatında olması birmənalı qarşılanmayıb.
Yenicag.az-a açıqlama verən mərhum sənətkarın oğlu Orxan Nadirov anasını müzakirə edən insanlara qəzəblənib:
“O foto Zirəddinin evində çəkilib, həmin vaxt anamla onlara qonaq getmişdik. Hamı bilir ki, anamla Zirəddin yaxın dost olub, anam onu balası qədər çox istəyib. O fotonu da Zirəddinin xanımı çəkib, burda nə var axı, bu qədər şişirdilir. Anam sənətkar olub, indi haqq dünyasındadır. Onu qəbirdə sakit buraxın. Anamın ailə dostu ilə çəkdirdiyi fotoya don geyindirib, müzakirə etmək ayıbdır. Qələt edib dünyasını dəyişən adamın fotosunu müzakirə edirlər”.
Cəvahir