Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

“İlin Adamı” kimdir?

indir (5)Amerikanın dünyaca məşhur “Time” jurnalı öz versiyası üzrə “İlin adamı”nı açıqlamaya hazırlaşır. Jurnalın bu ilki namizəd siyahısına Türkiyədən ancaq prezident Rəcəb Tayyib Ərdoğanın adı daxil edilib.
Əvvəlki illərdə də “Time”ın anketində namizədlər arasında yer alan prezident Ərdoğan, hal-hazırda siyahıda 29-cu sıradadır. Təqdimat yazısında Ərdoğan üçün, “Baş nazir olduğu son illərdə əleyhdarlarına baxmayaraq, Türkiyədə xalqın seçdiyi ilk prezident olaraq tarixdə qaldı” deyə ifadə edilir.

Siyahıda Rusiya və ABŞ prezidentləri Vladimir Putin ilə Barak Obama, Suriya Dövlət başçısı Bəşər Əsəd və İŞİD lideri Əbu bəkr Əl Bağdadi də yer alır.

Qeyd edək ki, “İlin Adamı” ünvanı insanların həyatına və xəbər gündəmlərinə il ərzində müsbət və ya mənfi olaraq ən çox təsir edən şəxsə verilir.

Səs vermə müddəti dekabr ayının 6-sı, saat 23:59- da başa çatacaq. “İlin Adamı” isə, dekabr ayının 10-da açıqlanacaq.

(azvision.az)

www.yenicag.az

228