İlin ən yaxşı baramaçıları mükafatlanacaq – Müsabiqə

Kənd Təsərrüfatı Nazirliyi Birləşmiş Həmkarlar İttifaqları Komitəsi və Aqrar Elm və İnnovasiya Mərkəzinin Həmkarlar Komitəsi birgə müsabiqə elan edir.

Baramaçılğın və ipəkçiliyin inkişafında xüsusi nəaliyyətlər əldə etmiş işçilər  “İlin ən yaxşı kümçüsü” nominasiyası üzrə mükafatlanacaqlar.

Kənd Təsərrüfatı Nazirliyi BHİK-dən “Rupor”a daxil olan müsabiqə mətnini təqdim edirik:

Müsabiqənin məqsədi:

– Əmək fəaliyyətinin səmərəliliyini artrımaq üçün işçilərin stimullaşdırılması, onların sosial müdafiəsinin gücləndirilməsi;
– Peşəkar əmək fəaliyyətində fərqlənən mütəxəsislərin ruhlandırılması;
– Baramaçılığın inkişafında ipəkqurdunun qaydalara uyğun bəslənməsində ən yaxşı kümçünün aşkara çıxarılması, onun təcrübəsinin təbliğ və təşviq olunması;
– Texniki yeniliklərin, iqtisadi və kənd təsərrüfatı biliklərinin təbliğ edilməsi, işçi peşələrinin nüfuzunun yüksəldilməsi, intellektual potensiala malik şəxslərin üzə çıxarılması.

Müsabiqənin şərtləri:

– Müsabiqə hər il taxıl biçini dövründə keçirilir;

Baramaçılıq mövsümündə  “İlin ən yaxşı kümçüsü” müsabiqəsinə namizədliyi irəli sürülən işçilər aşağıdakı tələblərə cavab verməlidir:
– Yüksək peşə hazırlığı;
– Zootexniki qaydalara əməl edilməsi;
– Məsul dövründə əldə etdiyi nəticələr.

Mükafın məbləğı:

– 1-ci yer 1000 manat
– 2-ci yer 600 manat
– 3-cü yer 400 manat

Müsabiqənin münsiflər heyəti: 

1.”Aqrar Elm və İnnovasiya Mərkəzinin” direktor müavini Fərman Kərimov
2. Qax Damazıq İpəkçilik Stansiyasının direktoru Əkrəm Fətəliyev
3. Kənd Təsərrüfatı Nazirliyi BHİK-in təşkilat şöbəsinin müdüri Anar Tağıyev
4. Kənd Təsərrüfatı Nazirliyi BHİK-in baş mühasibi Mehman Məmmədov
5. “Aqrar Elm və İnnovasiya Mərkəzi” HİK-nin sədri Talıb Hüseynov

Müsabiqənin gedişatı və nəticələri Kənd Təsərrüfatı Nazirliyinin, Aqrar Elm və İnnovasiya Mərkəzinin Həmkarlar Komitəsinin, həmkarlar ittifaqlarının rəsmi mətbuat orqanlarında və digər media qurumlarında işıqlandırılacaq.