2019-cu ilin ən yaxşı gənc futbolçusunun adı məlum olub.
Yenicag.az xəbər verir ki, Fransanın paytaxtı Parisdə keçirilən “Qızıl top”un təqdimetmə mərasimində “Kopa Trofi” də sahibini tapıb.
Bu mükafat Niderland yığmasının və “Yuventus”un futbolçusu Matiys de Liqtə verilib. Qalibi Killian Mbappe təltif edib.