Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

İlin ən yaxşı reklam agentliyi - "ADMEDİA"

Azərbaycanda və Gürcüstanda fəaliyyət göstərən “Navigator.az” regional biznes portalı artıq ikinci ildir ki, ölkənin ən yaxşılarını seçir.

Qaliblərə isə “Navigator Business Award Mükafatı”nı təqdim edir. 2018-ci ilin qalibləri onlayn formada bilinib və seçim ölkəmizdə fəaliyyət göstərən 20 mindən çox şirkəti əhatə edib. Maraqlıdır ki, 2017-ci ilin qaliblərinin sayı 50 şirkət idisə, bu dəfə sayı artaraq 150 şirkət olub.

Qaliblər arasında ölkənin ən qabqacıl reklam şirkətlərindən sayılan “ADMEDİA” Reklam Agentliyi də var. 2009-cu ildən fəaliyyətdə olan “ADMEDİA” 360 dərəcəli reklam fəaliyyəti göstərir və reklam konsepsiyasının yaradılmasından, peşəkar istehsala, dijitaldan kompleks media yerləşdirilməyə qədər brendi bütün mərhələlərdə dəstəkləyən kampaniyalar həyata keçirir. Müştəri məmnuniyyəti əsas fəaliyyət prinsipi olan reklam agentliyi müştərilərə mükəmməl xidmət göstərməyə və onların rəğbətini qazanmağa nail olub.

Qeyd edək ki, “Navigator Business Award” Mükafatının əsas məqsədi ölkənin inkişafında və öz xalqına xidmətdə müstəsna uğurları olan şirkətləri müəyyən etməkdir. Azərbaycanın davamlı inkişafının ayrılmaz hissəsi olan hər bir biznes qurum “Navigator Business Award” vasitəsilə qiymətləndirilmiş və ölkə səviyyəsində təqdim edilmişdir.

 

 

www.yenicag.az

293