İlin ən yaxşı smartfonu seçildi

Avropanın audio və videotexnika üzrə Avropa Jurnallar Assosiasiyası (EISA) “Huawei P20 Pro” smartfonunu 2018-ci ilin ən yaxşı telefonu adlandırıb.

Yenicag.az xəbər verir ki, mütəxəssislər bu smartfonu ən innovasiyalı və texniki cəhətdən mükəmməl hesab ediblər.

Təşkilat nümayəndələri həmçinin ən əlverişli büdcəli telefonu müəyyən ediblər. Bu ada “NOA Element N10” modeli layiq görülüb.