!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

İlin ən yaxşıları kim olacaq? - Siyahı açıqlandı

!Reklam – Yazi

İdman Araşdırmalar Mərkəzi (İAM) “İlin qalibləri-2018” layihəsinin icrasına başlayıb.

Ardıcıl 6-cı ildir həyata keçirilən layihənin təşkilati dəstəkçisi Bakı Olimpiya Stadionu, İnformasiya dəstəkçisi “Report” agentliyi, baş sponsoru “Topaz”, sponsoru isə “İl`Azero” şirkətidir.

Əvvəlki layihələrlə müqayisədə bu dəfə nominasiyaların adları və tərkibində bəzi dəyişikliklər edilib. “İlin komandası” və “İlin idman jurnalisti” nominasiyaları siyahısından çıxarılıb. “İlin baş məşqçisi” nominasiyası üzrə seçimlərin isə bütün növlər üzrə aparılması qərara alınıb.

Layihənin ilkin mərhələsində müxtəlif KİV-lərdə çalışan idman jurnalistləri (hər KİV-dən bir nəfər) arasında “İlin idman xadimi”, “İlin idmançısı”, “İlin əcnəbi futbolçusu”, “İlin futbolçusu”, “İlin məşqçisi”, “İlin idman yarışı” nominasiyaları üzrə sorğu keçiriləcək. Bu zaman jurnalistlər təklif olunan namizədlərdən əlavə, özlərinin layiq bildikləri şəxsi də seçə bilərlər. Yekunda ən çox səs toplayan namizəd qalib elan olunacaq və dekabrın 18-də Bakı Olimpiya Stadionunda mükafatlandırılacaq.

Namizədlər bunlardır:

I. İLİN İDMAN XADİMİ

1. Arif Rəhimov – Formula 1 üzrə Azərbaycan Qran Prisinin promouteri

2. Fərid Qayıbov – Avropa Gimnastika İttifaqının prezidenti

3. Mahir Məmmədov – Azərbaycan Şahmat Federasiyasının və Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti

4. Namiq Əliyev – Azərbaycan Güləş Federasiyasının prezident əvəzi

5. Sadıq Sadıqov – Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti

6. Sahib Ələkbərov – Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti

7. Yaşar Bəşirov – Azərbaycan Karate Federasiyasının prezidenti

II. İLİN İDMANÇISI

1. Eldəniz Əzizli (yunan-Roma güləşi) – Avropa və dünya çempionu

2. Hidayət Heydərov (cüdo) – Avropa çempionatının gümüş, dünya çempionatının bürünc medalçısı

3. İrina Zaretska (karate) – dünya çempionu və Avropa çempionatının gümüş medalçısı

4. Mariya Stadnik (qadın güləşi) – Avropa çempionu və dünya çempionatının gümüş medalçısı

5. Mixail Malkin (tamblinq) – Avropa çempionu

6. Şəhriyar Məmmədyarov (şahmatçı) – İddiaçılar Turnirində ikinci yerin sahibi

7. Turan Bayramov (sərbəst güləş) – Yeniyetmələr arasında olimpiya çempionu

8. Uşangi Kokauri (cüdo) – Dünya çempionatının gümüş mükafatçısı

9. Vüqar Talıbov (cüdo) – Yeniyetmələr arasında olimpiya çempionu

10. Yelizaveta Luzan (bədii gimnastika) – Yeniyetmələr arasında olimpiya çempionu

III. İLİN ƏCNƏBİ FUTBOLÇUSU

1. Aleksandr Dedov (Zirə”) – moldovalı yarımmüdafiəçi

2. Baqali Dabo (“Qəbələ” / “Neftçi”) – fransalı hücumçu

3. Denis Silva (“Keşlə”) – braziliyalı müdafiəçi

4. Donald Gerrye (“Qarabağ”) – haitili yarımmüdafiəçi

5. Miçel (“Qarabağ”) – ispaniyalı yarımmüdafiəçi

6. Marko Deviç (“Sabah”) – ukraynalı hücumçu

IV. İLİN FUTBOLÇUSU

1. Amil Yunanov (“Sumqayıt” / “Keşlə”) – hücumçu

2. Cavid İmamverdiyev (“Sumqayıt” / “Sabah”) – yarımmüdafiəçi

3. Emin Mahmudov (“Neftçi”) – yarımmüdafiəçi

4. Maksim Medvedev (“Qarabağ”) – müdafiəçi

5. Mahir Mədətov (“Qarabağ”) – hücumçu

6. Mirabdulla Abbasov (“Neftçi”) – hücumçu

7. Riçard Almeyda (“Qarabağ” – “Astana” Qazaxıstan) – yarımmüdafiəçi

8. Təmkin Xəlilzadə (“Qəbələ”) – yarımmüdafiəçi

V. İLİN MƏŞQÇİSİ (bütün növlər üzrə)

1. Firdovsi Umudov – sərbəst güləş üzrə Azərbaycan milli komandasının baş məşqçisi

2. Qurban Qurbanov – Azərbaycan millisinin və “Qarabağ” klubunun baş məşqçisi

3. Rəhman Hətəmov – karate üzrə Azərbaycan millisinin baş məşqçisi

4. Roberto Bordin – “Neftçi” klubunun baş məşqçisi

5. Ruslan Maşurenko – Cüdo üzrə Azərbaycan milli komandasının məşqçisi

6. Şaban Donat – Yunan-Roma güləşi üzrə Azərbaycan millisinin baş məşqçisi

7. Vüqar Məmməd – Azərbaycanın U-19 millisinin baş məşqçisi

VI. İLİN İDMAN YARIŞI

1. “Bakı Marafonu-2018”

2. Batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatı

4. BMX üzrə dünya çempionatı

5. Cüdo üzrə dünya çempionatı

6. Formula 1 üzrə Azərbaycan Qran Prisi

7. Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “ShamkirChess” superturniri.

www.yenicag.az

3357
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv