Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda 12557 ölüm halı qeydə alınıb.
Bu barədə Yenicag.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi azalaraq 8,2-dən 7,7- yə düşüb.