!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"İlin sonunadək pul kütləsinin artmasını gözləyirik" - Samir Şərifov

!Reklam – Yazi

Bu gün Milli Məclisdə büdcə layihəsinin müzakirə başa çatdıqdan sonra maliyyə naziri Samir Şərifov çıxış edib. 

Yenicag.az xəbər verir ki, o, dünəndən başlayaraq deputatların müzakirə zamanı fikir və iradlarına münasibət bildirib. Şərifov ilk öncə, Fazil Mustafa və digər deputatların sosial müavinətlərin azaldılması ilə bağlı iradları ilə razılaşmayıb. Nazir qeyd edib ki, layihədə nəinki azalma, əksinə artım olub.

Maliyyə naziri daha sonra deputat Siyavuş Novruzovun Rəşt-Astara dəmiryolunun, Ziyafət Əsgərovun isə Lənkərandan keçən dəmiryolunun təmiri və bərpası ilə bağlı çıxışlarına da toxunub. O qeyd edib ki, sözügedən məsələ diqqət mərkəzindədir və layhə olaraq dəyərləndirilir.

S.Şərifov büdcədə sosial xərclərin azaldılması ilə bağlı deputatlar tərəfindən deyilən fikirlərlə razılaşmayıb. Onun sözlərinə görə, bu sahədə xərclər ən azı cari ilin səviyyəsində saxlanılıb: “Bir çox xərclər isə artırılıb. Xərclərin strukturuna baxdıqda məlum olur ki, əsasən investisiya xərcləri artıb, artımın bir qismi də borca xidmətlə bağlıdır. İlin sonunadək pul kütləsinin artmasını gözləyirik. 6,5 mlrd. maatdan çox, 70% sağlam banklarda cəmləşib, lakin kreditləşməyə yönəldilmir”.

“İnflyasiya başlıca problemdir. Aparıcı qüvvəsi olan məzənnə isə sabitləşdirilib, AMB inflyasiyanı nəzərə alaraq konservativ monetar siyasət keçirir. Hökumətin başlıca qayğısı da məhz inflyasiya olmalıdır”, – deyə nazir əlavə edib

www.yenicag.az

1507
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv