Artıq cari ilin sonuncu Günəş tutulması başlayıb.
Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Yenicag.az-a verilən məlumata görə, Bakı vaxtı ilə saat 12.02-də başlayan təbiət hadisəsi (qismən tutulma), saat 13.46-da maksimum səviyyədə olacaq. Bildirilir ki, proses saat 15.30-da başa çatacaq.
Qeyd olunur ki, ilin sonuncu Günəş tutulması Rusiyanın şimal-şərqini, Şimali Amerika, Skandinaviya və Çini əhatə edəcək.
Qeyd edək ki, bu ilin ilk Günəş tutulması fevralın 15-də baş verib.İlin ikinci Günəş tutulması isə iyulun 13-də qeydə alınıb. Bakı vaxtı ilə saat 05:48-də başlayan İkinci Günəş tutulması hadisəsi saat 08:13-də başa çatıb