İlin sonuncu Günəş tutulması olacaq – Avqustun 11

İlin sonuncu Günəş tutulması avqustun 11-də baş verəcək.

Yenicag.az N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına istinadən xəbər verir ki, təbiət hadisəsi (qismən tutulma) Bakı vaxtı ilə saat 12.02-də başlanacaq, saat 13.46-da maksimum səviyyədə olacaq, saat 15.30-da başa çatacaq.

İlin sonuncu Günəş tutulması Rusiyanın şimal-şərqini, Şimali Amerika, Skandinaviya və Çini əhatə edəcək.