İlk dəfə: Azərbaycanın təbiət ərazisi ÜİS-yə daxil edildi

“Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən Ümumdünya İrs Komitəsinin 45-ci sessiyasında Azərbaycanın “Hirkan meşələri” nominasiyası UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib”.

Yenicag.az xəbər verir ki, bunu Azərbaycanın UNESCO-nun yanındakı nümayəndəliyi sosial şəbəkədə bildirib.

“Bu, Azərbaycanın Ümumdünya İrs Siyahısına daxil edilmiş 1-ci təbiət ərazisidir”, – nümayəndəlik diqqətə çatdırıb.