Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

İlk dəfə fotoşəkili çəkilən qara dəliyə ad qoyuldu

Harvard və Smitsonian Astrofizika Mərkəzində yerləşən “Event Horizon” teleskopunun astronomiya tarixində ilk fotoşəkilini çəkdiyi qara dəliyə ad qoyulub.

Yenicag.az xəbər verir ki, bu qara dəliyi havay dilində “dərin, gizli qaranlıq materiya” mənasını verən “Povehi” adlandırıblar. Havay adalarında nəşr olunan “Star Advertiser” qəzetinin yazdığına görə, kainat möcüzəsinə bu adı dilçilik üzrə professor Lari Kimuranın təklifi əsasında qoyublar.

Qara dəliyin adının Havay adalarında qoyulması isə onu kəşf edən iki teleskopun da bu ərazidə yerləşməsi ilə bağlıdır. Qeyd olunub ki, 40 milyard kilometr həcmi olan bu möcüzəvi göy cismi Yer planetindən 3 milyon dəfə böyükdür.

Layihədə iştirak etmiş 200 astronomdan biri olan Cessika Dempsi də qeyd edib ki, bu ad qara dəliyin mahiyyətinı tam uyğundur.

Planetimizdən 54 milyon işıq ili (500 milyon trilyon km) uzaqlıqda yerləşən qara dəliyin fotoşəkili aprelin 10-da nümayiş etdirilib./BBC/

 

 

www.yenicag.az

1750