İlk dəfə səs verənlərin seçimi Azay Quliyevdir 

IMG_4153Bu gün 8 saylı Binəqədi birinci Seçki Dairəsindən deputatlığa namizəd Azay Quliyev  sözügedən dairədə ilk dəfə seçkidə səs verəcək gənclərlə görüşüb.

Gənclər qarşısında çıxış edən Azay Quliyev vətəndaş olaraq bu il Milli Məclisə keçiriləcək seçkidə ilk dəfə iştirak edəcək gəncləri təbrik edib: “Siz ilk dəfə səsvermə hüququnuzdan istifadə edəcəksiniz. Və sizin bu hüququnuzun reallaşması 1 noyabr parlament seçkisinə təsadüf edib. Ümumiyyətlə, həyatda, insan üçün seçim çox məsuliyyətli bir məsələdir. İstər, dost seçimində olsun, istər təhsil, istər ailə, istərsə də seçkiyə münasibətdə. Ona görə də, ümid edirəm, siz ilk seçki hüququnuzdan istifadə edərkən məsuliyyətlə, seçdiyinizə inanaraq düzgün qərar verə biləcəksiniz”.

Görüş gənclərlə deputatlığa namizəd arasında diskussiya    şəklində davam etdirilib.

İlk dəfə seçici olacaq gənclər onları maraqlandıran bir sıra məsələlərlə bağlı fikirlərini çatdırıb, deputatlığa namizədə suallar ünvanlayıblar.

Gənclərin qaldırdığı məsələlərə ətraflı şərh verən Azay Quliyev bildirib ki, onun ictimai və deputat fəaliyyətində gənclər məsələsi hər zaman prioritetlərdən biri olub: “Siz gənclərin də dəstəyi ilə bu dairədən millət vəkili seçildikdən sonra bu istiqamətdə fəaliyyətimi davam etdirəcəyəm”.

Sonda Azay Quliyev gəncləri ölkəmiz üçün mühüm əhəmiyyət daşıyan 1 noyabr seçkilərində ilk səsvermə hüquqlarından səmərəli istifadə etməyə çağırıb.

Görüşdən yüksək ovqatla ayrılan gənclər, 1 noyabrda özlərinin ilk seçki hüququnu  Azay Quliyevə səs verməklə reallaşdıracaqlarını bəyan ediblər.

 

1esas 2 IMG_3925 IMG_3931 IMG_3955 IMG_3999 IMG_4104 IMG_4153