Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

"Qarabağ" - "Roma" matçına nə qədər bilet satılıb?

Reklam: High Technic

Ötən gün saat 17:00-dan etibarən “Qarabağ”ın UEFA Çempionlar Liqasının qrup mərhələsində ilk ev oyununda qarşılaşacağı İtaliya “Roma”sı ilə matçın biletləri satışa çıxarılıb.

Yenicag.az xəbər verir ki, ilk gündə təxminən 3000 bilet satılıb. Bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Azarkeşlər biletləri aşağıda qeyd olunan satış məntəqələrindən və onlayn olaraq iTicket.az saytından əldə edə bilərlər. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.

Qeyd edək ki, “Qarabağ” – “Roma” matçı sentyabrın 27-si saat 20:00-da start götürəcək.

Biletlərin qiymətləri:
VIP – 50 AZN
Kateqoriya 1 – 20 AZN
Kateqoriya 2 – 10 AZN
Kateqoriya 3 – 5 AZN
Kateqoriya 4 – 2 AZN

Şatış məntəqələri:
Asan Xidmət Mərkəzləri
Heydər Əliyev Sarayının kassası
28 Mall
Gənclik Mall
Park Bulvar (Qarabağ FK Fanshop)
M.Rəsulzadə 3 (Azərb. k/t yaxınlığı)
Bül-bül prospekti, Nizami küç. (Nizami k/t yaxınlığı)
Üzeyir Hacıbəyov küç.69x (Hökümət evinin arxası)

www.yenicag.az

4831