“İlk gündən məsələyə soyuqqanlı yanaşdıq” – 120 minlə bağlı açıqlama

15782393_1186398148114929_2082783063_nUEFA tərəfindən “Xəzər Lənkəran” üçün ayrılan məbləğ klubun hesabına köçürülüb.

AFFA-nın xəbərinə görə, üzvləri milli komandalarda çıxış edən cənublular 120 min 583,68 avro qazanıblar. Yığmalarda çıxış edən futbolçulara görə klublara ödənilməsi üçün vəsait xeyli əvvəl AFFA-nın hesabına köçürülmüşdü. Lakin UEFA tərəfindən ayrılmış vəsaitlə bağlı AFFA tərəfindən UEFA-ya sorğu göndərilmiş və burada “Xəzər Lənkəran” klubunun ödənişi ilə əlaqədar UEFA-nın tövsiyəsinə ehtiyac duyulduğu əksini tapmışdı.

Artıq UEFA sorğunu cavablandırıb. AÇ-2016-nın seçmə mərhələsində “Xəzər Lənkəran”a məxsus futbolçuların millidə çıxışına görə ayrılan məbləğ UEFA-nın tövsiyəsinə əsasən müvafiq qaydada AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb. Eyni zamanda, “Xəzər Lənkəran” klubu AFFA və PFL-ə olan borcunu ödəyəcək.

Məsələ ilə bağlı Mübariz Mənsimovun rəhbəri olduğu “Xəzər Lənkəran”ın mətbuat katibi Huseyn Cəbrayıloğlu Yeniçağ.az-a açıqlama verib:

“Biz ilk gündən məsələyə soyuqqanlı yanaşdıq. Çünki məbləğin tam olaraq klubun hesabına köçürülməli olduğunu bilirdik. Bundan klubun mühasibatlığı AFFA -ya olan borcu dəqiqləşdirərək, onların hesabına köçürəcəklər”.

Qeyd edək ki, bir neçə gün öncə uşaq futbolu ilə bağlı 51 min 104 avro da klubun hesabına köçürülmüşdü.

Aygün İlqarqızı
Yeniçağ.Az

COP29