“Ümid” taekvondo klubunun təşkilatçılığı və Azərbaycan Taekvondo Federasiyasının dəstəyi ilə İlk Liqa kuboku başa çatıb.
Yenicag.az bildirir ki, yarışda 37 komandadan 625 uşaq, yeniyetmə və gənc taekvondoçu mübarizə aparıb.
Şəxsi mübarizələrdə əldə edilən medal sayına görə Elməddin Vəliyevin rəhbərliyindəki RUGİM-in taekvando komandası ilk pilləyə yiyələnib. “Sumqayıt Təhsil” ikinci, “ATEF” İ.K. üçüncü, “ƏFA” T.K. isə dördünçü yerə sahib olub.