İlk MDB Oyunlarının keçiriləcəyi tarix açıqlandı

Tarixdə ilk MDB Oyunları 2020-ci ildə Kazan şəhərində keçiriləcək.

Yenicag.az xəbər verir ki, bu barədə Tatarıstanın İdman Nazirliyi elan edib.

Qeyd olunub ki, birinci MDB Oyunları gələn il avqustun 20-27-dək keçiriləcək.

Oyunlarda Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan və Ukrayna iştirak edəcək. Bundan başqa, digər ölkələrdən idmançıların dəvət ediləcəyi istisna olunmur.

Birinci oyunlarda 2000-dək idmançının iştirak edəcəyi gözlənilir.

MDB Oyunlarında cüdo, sambo, çimərlik voleybolu, çimərlik həndbolu, mini-futbol, boks, tayboks, şahmat, rəqs idmanı, qılıncoynatma, karate, daşqaldırma, armrestlinq, mas-restlinq, idman güləşi, kəmər güləşi (koreş), yüngül atletika və basketbol növləri üzrə yarışlar keçiriləcək./Trend/