“İlk mərhələdə 5, sonra digər iki rayonun Azərbaycana qaytarılması məsələsi gündəmdədir” – Millət vəkili

qarabag daliq azfghjk_700x390Elman Nəsirov: “İndiki durumda danışıqlar prosesi bərpa olarsa, bu fonda Azərbaycanın mövqe üstünlüyü olacaq”

Hazırda ATƏT-in Minsk qrupu regionda səfərdədir. Azərbaycanın cəbhədəki üstünlüyündən sonra prosseslər hansı istiqamətdə gedəcək?1416940774_elman-1_1403933760bghfbcv

Yenicag.az-a prossesi şərh edən Milli Məclisin deputatı Elman Nəsirovun fikrincə, Azərbaycan ordusunun zəfər yürüşü Qarabağ konfliktinin həlli prosesini sürətləndirəcək: “Bu bir aksiomadır ki, Azərbaycan ordusunun zəfər yürüşü münaqişənin həlli imkanlarını maksimum artırmış oldu. Təsadüfi deyil ki, Ermənistan prezidenti Sarkisyan da artıq kompromislərdən  danışmağa başlayıb. Düzdür, o bir yandan kompromisdən danışır, digər yandan da sərsəm bəyanatlarını davam etdirir. Guya ki, qoşunlarımız 1 aprel vəziyyətinə qayıtmalı, qondarma rejim danışıqlarda tərəf olmalıdır.  Bunlar olmasa, o qondarma respublikanı tanıyacağını iddia edir. Belə sərsəm bəyanatlar verməkdə davam edir. Ermənistan ordusunun guya, güclü olması barədə bir missiya yaratmışdılar, bəlli oldu ki, bu tamamilə sabun köpüyündən başqa bir şey deyilmiş. Amma Azərbaycan  ordusunun qəhrəmanlığı, onun döyüş qabiliyyəti, yüksək vətənpərvərlik ruhuna malik olması  prezident İlham Əliyevin Azərbaycan ordusunun dünyanın ən güclü ordusu olması barədə dediyi fikirləri bir daha təsdiqlədi. Heç şübhəsiz bu fonda Minsk qrupunun münaqişənin həlli ilə bağlı proseslərdə intensiv fəaliyyətə başlamasının şahidi olmaqdayıq. Düzdür, Minsk qrupundan nə isə bir möcüzə gözləmirəm. Onlar münaqişənin həllinə yox, öz fəaliyyətlərilə onun dondurulmasına xidmət ediblər. Buna baxmayaraq, ordumuzun zəfər yürüşü onları da artıq hərəkətə gətirib. Hesab edirəm ki, bu fonda Azərbaycanın mövqe üstünlüyü danılmazdır.  İlk mərhələdə 5, sonra digər iki rayonun Azərbaycana qaytarılması, sonda da Dağlıq Qarabağın statusunun müəyyən edilməsilə bağlı  proseslərə start veriləcək. Bu tendensiya artıq hiss olunmaqdadır. Bunun da səbəbi Azərbaycan ordusunun Ermənistan silahlı dəstələrinə vurduğu sarsıdıcı zərbə ilə bağlıdır”.

Elman Nəsirov bir daha vurğulayıb ki, “Bu qələbə ilə bir daha məlum oldu ki, xalqla hakimiyyət və ordu bir yerdə olanda, onlar bir-birini tamamlayanda, yumruq kimi birləşəndə onun qarşısında heç nə dayana bilmir.  İkinci mühüm həqiqət ondan ibarət oldu ki, Ermənistan ordusunun  güclü olması, onların vətənpərvərliyi  haqqında miflər  kökündən dağıldı.  Üçüncü bir tərəfdən, həmin uğurla Azərbaycan xalqının vətənpərvərlik ruhu son dərəcədə yüksəldi.  Eyni zamanda, ölkəmizin insanlarında vaxtilə 90-cı illərdən qalan məğlubiyyət sindromu kökündən silindi, məhv olub getdi.  Bu gün insanlarımız qələbə ruhu ilə yaşayır.  Döyüşdə fiziki baxımdan heç də güclü əsgər deyil, psixoloji baxımdan güclü əsgər qalib gəlir.  Ordumuz həm fiziki, həm gücü, potensialı, təchizatı, müasir texnologiyaya  peşəkarcasına yiyələnməsinə görə seçilir.  Həm də ordumuz olduqca yüksək vətənpərvərlik ruhuna malikdir, psixoloji baxımdan üstünlük tamamilə bizim tərəfimizdədir”.

Millət vəkili hesab edir ki, “Əldə olunan bu qələbənin  beynəlxalq təsirləri də böyükdür.  Güclü olduqda mövqelərimiz də möhkəm olur. Münaqişə ilə bağlı passiv  mövqedə olan beynəlxalq təşkilatlar, indi hamılıqla hərəkətə keçib.  Beynəlxalq təşkilatlar da Azərbaycanın mövqeyini müdafiə edir.  ATƏT-in Misk qrupu hərəkətə keçib, təcili regiona gəlib.  Rusiya prezidentinin Azərbaycan prezidentilə telefon danışıqları olub. ABŞ dövlət katibi Con Kerri ilə  rusiyalı həmkarı arasında da bu məsələ ətrafında telefon danışıqları olub.  Rusiyanın XİN rəhbəri Lavrov Azərbaycana gəlir. Hətta hökumət başçısı Medvedyevin də ölkəmizə səfəri gözlənilir.  Azərbaycan ordusunun uğurlu hərbi əməliyyatları bütün beynəlxalq aləmdə  böyük rezonansa səbəb olub.  Xarici KİV-lərin əksəriyyəti də bu məsələdə Azərbaycanın mövqeyini müdafiə etdi. Amma əvvəllər belə deyildi. Çünki gücümüzü görməmişdilər.  İndi isə bizə münasibətləri də dəyişdi.  Azərbaycan prezidenti dəfələrlə qeyd edib ki, münaqişəni sülh yolu ilə həll etmək istəyirik, lakin bizim də səbirimizin bir sonu var. Xaricdə də onu gördülər ki, prezidentimizin əməli ilə sözü bir-birini təsdiqləyir.  Bunlar bir daha göstərir ki, həmin qələbə ilə Azərbaycanın həm daxili mövqeyi bir daha gücləndi, eyni zamanda beynəlxalq aləmdəki mövqelərimiz də kifayət qədər möhkəmləndi.  Ermənistan, onun diasporası, lobbisi, ordusu ilə bağlı miflər də beləcə sabun köpüyü kimi dağıldı”.

qabilhuseynliaaaPolitoloq Qabil Hüseynli isə Yenicag.az-a açıqlamasında bildirdi ki, baş vermiş hadisələrdən sonra da danışıqlar prosesinin daha intensiv və nəticəli xarakter alacağına ümidli deyil: “Hələlik münaqişənin beynəlxalq hüquq normalarına uyğun şəkildə həllinə ümidim çox azdır.  Daha doğrusu yoxdur. Çünki, Rusiya Ermənistanın xeyrinə hərəkət edir. 5 rayonun geriyə qaytarılması məsələsi ətrafında başımızı aldatmaq istəyir. Məsələnin özü də dövlətlərin ərazi bütövlüyünə əməl edilməklə ATƏT-in Minsk qrupu çərçivəsində həll edilməlidir.  Rusiyanın indi təklif etdiyi plan isə təzyiq xarakteri daşıyır. Onu ermənilərin xeyrinə olan variant kimi dəyərləndirmək olar. Ona görə də ordumuzun əldə etdiyi qələbə və bu fonda yaranmış reallıqlar nəticəsində Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməyə hər cür imkanı var. Danışıqlar da Moskvanın diqtə etdiyi kontekstdə deyil, məhz bu kontekstdə, beynəlxalq hüququn yazılmış normalarına uyğun olaraq aparılmalıdır”.

ELÇİN

COP29