Oruc tutmaq bir çox mədəniyyətdə min illərdir mövcud olan bir ibadətdir.
Yenicag.az xəbər verir ki, İslam dinində oruc tutmaq digərlərindən fərqli və daha ülvi hislərə əsaslanır.
Mesopotomiyadan Çinə, antik Yunanistandan azteklərə qədər bir çox mədəniyyətdə pəhriz və orucun müəyyən əlamətləri var. Hətta bu barədə müqəddəs kitablarda da məlumatlar mövcuddur.
Bəs İslamda orucun tarixi nə vaxtdan başlayır?
Klassik dövrün ən görkəmli tarixçilərindən olan Təbəri İslam tarixinin Həzrəti Adəmdən başladığını qeyd edirdi. Çünki o, Həzrəti Adəmdən Həzrəti Məhəmmədə qədər sadəcə bir təkallahlı dinin olduğunu bildirirdi. Yəni tarixçiyə görə, dinlər vahid bir inancın mərhələləridir. Bu baxımdan ilk orucu ilk insan və ilk peyğəmbər Həzrəti Adəmin tutduğu bildirilir. Məsələn, Əbdülqadir-i Qeylani (1165) “Qunyetüt-Talibin” əsərində belə yazırdı: “Adəm əleyhissəlam Rəsulullahtan əvvəl oruc tutması fərz edilənlərdəndir”.
Həzrəti Musa və Həzrəti İsanın 40 gün, Həzrəti Davudun isə bir gündən bir oruc tutduğu rəvayət olunur.
İbn İshaq və Əhməd bin Hanbəlin əsərlərinə əsasən Həzrəti Məhəmməd Mədinəyə hicrətindən etibarən Aşura günündə və hər ay 3 gün oruc tuturmuş. Daha sonra isə orucun bütün müsəlmanlara fərz ibadət olduğunu bildirən ayələr nasil oldu: “Oruc sizdən əvvəlkilərə olduğu kimi sizə də fərz edildi (Bəqərə 183.)” Bu hadisə hicrətin ikinci ilində yəni 624-cü ilin ilk aylarında baş verdi Tarixçi Yaqubiyə görə bu, qiblənin Qüdsdən Məkkəyə çevrilməsindən 13 gün sonra oldu. Daha sonra isə fərz edilən orucun Ramazan ayında tutulmağa başlandı.