İlk oyun, kobud səhv və fasilədə stadiondan qaçan qapıçı – Video

Braziliyanın “Fiqeyrense” klubunun qapıçısı Fabio atdığı addımla gündəmə gəlib.

Yenicag.az xəbər verir ki, o, B Seriyasının III turu çərçivəsində “Boa Esporte” ilə keçirilən oyunun fasiləsində stadiondan ayrılıb.

İlk dəfə “Fiqeyrense” forması ilə meydana çıxan qolkiper kobud səhv nəticəsində qol buraxmağı həzm edə bilməyib.

O, sifariş etdiyi taksi ilə stadiondan qaçıb.

Yenicag.az