Dünyada ilk kvars qol saatlarının yaradıcısı olan Rene Le Kultr vəfat edib.
Yenicag.az xəbər verir ki, o, 100 yaşında İsveçrədə dünyasını dəyişib.
İxtiraçı yubileyini qeyd etdikdən cəmi 3 həftə sonra dünyadan köçüb.
Qola taxılan ilk marka kvars saatları 1967-ci ildə İsveçrədə keçirilən ümumdünya dəqiqlik müsabiqəsindədə təqdim olunub. Rene Le Kultr həmçinin İsveçrədə elektronika və mikrotexnika mərkəzinin yaradıcılarından biri idi.