“Barselona”nın 33 yaşlı yarımmüdafiəçisi İlkay Gündoğan “Mançester Siti” ilə müqavilə imzalamağa hazırlaşır.
Yenicag.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Futbolçu artıq Mançesterə uçub.
Daha əvvəl məlumat yayılmışdı ki, Gündoğan “Barselona” rəhbərliyinə komandadan ayrılmaq istədiyini bildirib və “şəhərlilər”lə razılaşıb.
Qeyd edək ki, İlkay Gündoğan 2023-cü ilin yayında “Mançester Siti”dən “Barselona”ya keçmişdi.