İlkin Həsəni Aynarla birlikdə – “Nar Cafe”də-Foto

ilkin2Teleaparıcı İlkin Həsəni dünən gecə İnstagramda Aynar Məmmədovla birgə çəkdirdiyi şəkli paylaşıb.

Aparıcı A.Məmmədovla birlikdə “Nar Cafe”də olduğunu qeyd edib. Aynarın həbsi ilə bağlı şərhlərə aparıcı belə cavab verib: “Əziz dostlar, nə “Nar Cafe” bağlanıb, nə də Aynar tutulub. Şəkil də fotoşop deyil”.

Qeyd edək ki, millət vəkili Elton Məmmədovun oğlu Aynar Məmmədovun bir necə gün öncə “Nar cafe”də keçirilən əməliyyat zamanı saxlanıldığı və məhkəmə qərarı ilə cərimələndikdən sonra sərbəst buraxıldığı ilə bağlı xəbərlər yayılmışdı.