Suriyada gedən müharibə səbəbindən 7 ildir bir-birilərini görməyən qardaşlar Məkkədə Həcc ziyarətində qarşılaşıblar.
Həmin anın videosunu izləyənlər duyğudolu anlar yaşayıblar.
Yenicag.az xəbər verir ki, təsadüf nəticəsində üz-üzə gələn qardaşlar bir-birini qucaqlayaraq ağlayıblar.
Qeyd edək ki, qardaşlardan biri İordaniyada, digəri isə Suriyada yaşayır.