Milyarder İlon Mask depressiyadan əziyyət çəkdiyini və buna qarşı dərman qəbul etdiyini etiraf edib.
Yenicag.az xəbər verir ki, bu barədə Mask CNN-in keçmiş aparıcısı Don Lemona müsahibəsində qeyd edib.
“Bəzən beynimdə heç bir mənfi xəbərlə əlaqəli olmayan depressiya kimi bir növ mənfi kimyəvi vəziyyət yaranır”, – deyə Mask qeyd edib.
Milyarder əlavə edib ki, ketamin (psixotrop maddə) ona neqativ vəziyyətdən çıxmağa kömək edir.