“Tesla”nın rəhbəri İlon Mask pandemiyadan sonra həyatımızda daha çox yer edən “məsafədən işləmək”lə bağlı müzakirələrin fitilini yenidən atəşləyib.
Yenicag.az “Reuters”ə istinadən xəbər verir ki, o, işçilərin ofisdən işləməsini əsas şərt olaraq irəli sürüb.
Belə ki, milyarder işlərinə göndərdiyi elektron məktubda onların ancaq ofisdən işləmələrini bildirib:
“Artıq uzaqdan işləmək qəbul edilmir. Ya həftədə 40 saat ofisdən işləyin, ya da işdən çıxırsınız”.
Bu yazılarda “Twitter”i satın alan “başınabuyruq” milyarderin burada da eyni sistemi quracağı təxmin edilir.