İlon Mask HƏMAS-ın təklifini rədd etdi

Amerikalı milyarder İlon Mask HƏMAS-ın Qəzzaya dəvətini rədd edib.

Yenicag.az xəbər verir ki, bu barədə İlon Mask X hesabında yazıb.

“Hazırda bura bir az təhlükəli görünür, lakin mən firavan Qəzzanın bütün tərəflər üçün yaxşı olacağına inanıram”, – o bildirib.

Qeyd edək ki, ötən gün İlon Mask İsraildə səfərdə olub./axar