İlon Mask hər gün bir nəfərə 1 milyon dollar mükafat verəcək

Amerikalı milyarder İlon Mask ABŞ-nin keçmiş prezidenti Donald Trampı dəstəkləyən siyasi fəaliyyət komitəsinin kampaniyasında iştirak edənlər arasından hər gün seçilən şəxsə 1 milyon dollar verəcəyini açıqlayıb.

Yenicag.az xəbər verir ki,Mask Pensilvaniya ştatının Harrisburq şəhərində keçirilən mitinqdə Trampın seçki kampaniyasını dəstəkləyən “America PAC” adlı siyasi fəaliyyət komitəsinin imza kampaniyası haqqında danışıb.

Seçkilərin taleyini təyin edəcək ştatlarda səs verən və bu kampaniyaya imza atan seçicilərə müraciət edən İlon Mask noyabrın 5-nə qədər hər gün müəyyənləşəcək şəxsə 1 milyon dollar verəcəyini açıqlayıb. Mükafat çekini Harrisburqda 1 milyon dollar qazanan ilk şəxsə verən Mask, fəaliyyət komitəsinin kampaniyasının mətbuatda öz səsini tapacağına ümid etdiyini söyləyib./unikal

COP29