“Tesla” və “SpaceX” kompaniyalarının rəhbəri İlon Mask 5 milyard dollarlıq “Tesla” hissələrini satıb.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Mask bu qərarı “Twitter”də hissələrin satışı ilə bağlı sorğu keçirdikdən sonra qəbul edib.
Qeyd edək ki, Mask 2016-cı ildə ilk dəfə satış həyata keçirmiş, 3,6 milyon “Tesla” hissəsini təqribən 4 milyard dollara, qalan 934 min hissəsini isə 1,1 milyard dollara satmışdı. Bu rəqəmlər isə Maskın “Tesla”dakı ümumi hissələrinin 3 faizini təşkil edir.