İlon Mask və Mark Zukerberq eyni iclasda

ABŞ Senatında texnoloji nəhənglərin liderlərinin iştirakı ilə iclas keçirilib, iclasda süni intellektin (AI) riskləri, qaydaları və gələcəyi ilə bağlı məsələlər müzakirə olunub.

Yenicag.az CNN-ə istinadən xəbər verir ki, iclasda Bill Qeyts, İlon Mask, Mark Zukerberq və digər İT nəhəngləri iştirak edib.

İclasda vətəndaş cəmiyyəti liderləri və 60-dan çox senator da olub.

Üç saat davam edən görüşdən sonra “Tesla”nın sahibi İlon Mask jurnalistlərə deyib: “Sıfırdan yuxarı bir şans var ki, süni intellekt hamımızı öldürəcək. Düşünürəm ki, ehtimal azdır, amma bir ehtimal var. Süni intellektdən sui-istifadənin nəticələri ağır olacaq”.

Aralarında şəxsi ədavət olan Mask və Zukerberqin eyni iclasda uzaq yerlərdə oturması da diqqətdən yayınmayıb.