İlon Maskdan “Twitter”də növbəti “TƏMİZLİK”: Mühəndislərdən sonra daha kimlər qovulacaq?

“Twitter”in yeni sahibi İlon Mask populyar sosial şəbəkədə miqyaslı ixrtisarları davam etdirir.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, mühəndislərin kütləvi şəkildə işdən qovulmalarından sonra Maskın ixtisar siyasətinin yeni hədəfləri şirkətin satış və əməkdaşlıq şöbələri olacaq.

Qeyd olunur ki, Mask şirkəti aldıqdan sonra əməkdaşlara iş həcminin artırılması, yaxud da qeyri-iş günlərinin ödənişi əsasında getmələri barədə ultimatum verib. Bundan sonra texniki heyətə daxil olan əməkdaşların çoxu işdən çıxmağa qərar verirb.

Məlumata görə, Mask ötən cümə günü adları çəkilən şöbələrin rəhbərləri Robin Uiler və Meqqi Sunevikdən daha çox sayda əməkdaşların ixtisara salınmasına razılıq vermələrini istəyib.

Lakin bundan imtina edən hər iki şöbə müdiri işdən qovulub.