!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlon Maskdan yadplanetli açıqlaması - Onlar həqiqətən mövcuddur?

!Reklam – Yazi

“SpaceX” şirkətinin rəhbəri İlon Mask bildirib ki, qalaktikanın bizim olduğumuz hissəsində yadplanetlilər yoxdur.

Yenicag.az xəbər verir ki, Mask bunu “Starship” raketinin ilk tam yığılmış nüsxəsinin quraşdırıldığı start meydançasında keçirilən tədbirdə çıxış edərkən bildirib.

“Bildiyimiz qədərilə, biz yeganə şüurlu varlıqlarıq. Bəlkə də, orada həyat var, amma biz onun təzahürlərini görməmişik. Əgər məndən soruşsanız ki, yadplanetlilər haqda nə bilirəm, deyərdim ki, onların mövcud olub-olmadığı haqda biliyə sahib olmaq istərdim. Bunun heç bir nişanəsini görməmişəm”, – Mask deyib.

Tədbir “SpaceX”in saytında canlı yayımlanıb.

Bu yaxınlarda internetdə hücumla zəbtinə çağırışlar edilən “Zona 51” adlanan ərazidə hərbçilərin yadplanetliləri gizlətməsi barədə əhvalatları İlon Mask populyar memlər adlandırıb.

Eyni zamanda o xatırladıb ki, Günəş məhv edənə qədər insanların Yeri tərk etməsi üçün “cəmi yeddi yüz milyon ili” qalıb. Buna görə Mask kosmosu və digər planetləri fəth etməyə çağırıb./Sputnik Azərbaycan/

www.yenicag.az

875
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv