İlon Maskın platforması cərimələndi

Braziliya ötən ay tətbiq edilən qadağaya baxmayaraq, ölkədəki bəzi istifadəçilər media platformasına qısa müddət ərzində daxil ola bildikdən sonra İlon Maskın X sosial şəbəkəsini cərimələyib.

Yenicag.az  xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Braziliyalı istifadəçilər şəbəkənin ölkədəki serverlərinə girişi yenilədikdən sonra çərşənbə günü sayta daxil ola biliblər.

Şirkət platformanın bərpasının qəsdən olmadığını və provayderin dəyişməsi ilə bağlı olduğunu bildirib. Bir neçə saat sonra giriş yenidən bağlanıb.

Növbəti gün Braziliya məhkəməsi qadağanı pozduğuna görə şirkəti 5 milyon real (1 milyon 564 min manat) cərimələyib.

Ali Məhkəmənin hakimi Aleksandr de Moraes şirkətin bəzi istifadəçilər üçün girişi bərpa etmək səylərini aldatma adlandırıb.

Qeyd edək ki,  platformanın sahibi İlon Maskla Braziliya Ali Məhkəməsinin hakimi Aleksandr de Moraes arasında münaqişə yaranıb. Mask onu sosial şəbəkədən materialların silinməsi ilə bağlı hakimin tələblərini ictimaiyyətə açıqlayacağını vəd edərək onu Braziliya konstitusiyasını pozmaqda ittiham edib. Bundan sonra Braziliya məhkəməsi Maska qarşı təhqiqat açmaq qərarına gəlib.

“X”in nümayəndələri məzmun senzurası qərarlarına etiraz etmək üçün Braziliya Ali Məhkəməsinə bir neçə apellyasiya şikayəti verib, lakin onlar dinlənilməyib.

COP29
Рейтинг@Mail.ru Яндекс.Метрика