!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

İlqar Cahangir rollarından danışdı: “Lazım gəlsə, qatil də olaram” - FOTO

!Reklam – Yazi

Çoxdandır seriallarda görünməyən əməkdar artist İlqar Cahangir “Qara yazı” serialında rol alıb.

Yenicag.az-a açıqlama verən aktyor arzuladığı, amma hələ oynamadığı obrazlarından da danışıb:

“Çox vaxt öz xasiyyətimlə oynadığım obrazın xarakteri eyni olur. Amma fərqli obrazlarda çıxış etmək istəyirəm. Bəzən rejissorlar məni eyni xarakterli obrazlara dəvət edir. Amma mən fərqliliyi xoşlayıram. Məsələn, ruhi xəstə obrazını canlandırmaq istəyirəm. Yaxud da, tam əksinə. İstər teatr, istərsə də seriallarda komik obrazda oynamaq istərdim. Əlbəttə, söhbət bayağı komediyalardan getmir”.

“Lazım gəlsə, qatil obrazını da canlandıraram” deyən aktyor vaxtilə çəkildiyi tamaşanı xatırlayıb:

“”Adamlar və siçanlar” adlı bir tamaşada oynadım. Orda xəstə bir insanı ən doğma adamı öldürür. O, cəmiyyətdə özünü apara bilmir, buna görə də onu işgəncə ilə öldürmək istəyirlər. Amma doğma adamı onu bu işgəncədən xilas etmək üçün güllələyib öldürür. Bu, olduqca maraqlı bir obrazdır. Belə fərqli obrazlar məni həmişə cəlb edib”.

Cəvahir

www.yenicag.az

17742
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv