İlqar: “Elçini söysünlər, məni yox” – MÜSAHİBƏ/ FOTOLAR

Tanınmış aktyor İlqar Musayev film təqdimatlarının birində fotokameramıza poz verib. Aktyor çəkildiyi film, seriallardan, eləcə də həyat yoldaşı və övladlarının obrazlarına olan münasibətindən danışıb.

Onun Yenicag.az-a müsahibəsini təqdim edirik.

 

 

Bir müddət öncə çəkildiyiniz “Uçurum” serialındakı Elçin obrazınız birmənalı qarşılanmadı…

– Eşitdiyimə görə sosial şəbəkələrdə çox şərhlər yazıldı, hətta xoşagəlməz fikirlər də oldu. Evdə internet olmadığı üçün izləmirəm, heç baxmamışam da. Heç bilmirəm nə yazırlar. Amma onları qınamıram da. Görünür, seriala hədsiz aludə olduqları üçün hissə qapılıblar.

– Sizcə, insanları daha çox nə qıcıqlanırıb ki?

– Bilmirəm, amma prodüserlər dedi ki, məsləhət deyil, o şərhləri oxuma.

İndiyə qədər hansı obrazınız daha çox səs-küy yaradıb?

– “Xoca” filminəki Ələkbər obrazı, bir də Rusiyada çəkildiyim filmlərdəki obrazlarımdan biri.

 

 

Mənfi obrazlara çəkilmək sizdə narahatlıq yaratmır ki?Ümumiyyətlə, sizin üçün rolun müsbət, ya mənfi olmasının fərqi varmı?

– Əvvəllər mənfi obrazlara çəkilməyi çox istəyirdim, amma iş elə gətirdi ki, müsbət obrazlara dəvətlər aldım. İndiyə qədər 54 filmdə müsbət obrazla çıxış etmişəm. Deyim ki, mənfi obrazı yaratmaq daha çətindir.

Bəs həyatda necə bir insansız?

– Sadə, adi bir adamam. Hətta qala gecələrdə belə foto çəkdirməmək üçün kənarda dayanıram.

Necə bir obrazda oynamaq arzusundasız, hansı ki, hələ o obrazı canlandırmaq sizə nəsib olmayıb?

– Tarixi janrda olan filmlərə çəkilməyi çox istəyirəm. Hazırda Rusiyada iki tarixi serialda çəkilirəm. Amma istərdim öz vətənimdə də bu istəyim reallaşsın.

 

 

Obrazlarınıza görə söyüləndə, təhqir olunanda reaksiyanız necə olur?

– İstəyirəm Elçini söysünlər məni yox. Məni İlqar olaraq söyməsinlər.

Evdəkilərin obrazlarınıza münasibəti necə olur?

– Övladlarım deyirlər ki, ata, sən nə pis adamsan. (gülür)

 

 

Bəs həyat yoldaşınız?

– O baxmır. Övladlarımın da ailə-məişət mövzusunda çəkildiyim filmlərə baxmağına qarşıyam. Onlar dəfələrlə mənimlə birgə çəkiliş meydançasında olub, bir-iki reklam rolikinə və filmlərdə epizodlara çəkiliblər. Bunun oyun olduğunu bilirlər.

Amma bununla belə üstünüzə gəlirlər?

– Sadəcə deyirlər ki, bu rolun yaxşı olmadı.

İstərdinizmi həyat yoldaşınız çəkildiyiniz filmlərə baxsın və rəy bildirsin?

– Biz aktyor ailəsiyik. 15 illik ailə həyatımız var. O əvvəldən də məni tanıyırdı və bilirdi ki, aktyoram, istənilən obraza çəkilə bilərəm. Xanımım obrazlarımı anlayışla qarşılayır.

 

Cəvahir