İlqar Məmmədov istefa verdi

REAL partiyasının sədri İlqar Məmmədov istefa verib.

Yenicag.az xəbər verir ki, o, bu barədə özünün feysbuk hesabında yazıb.

“MSK bugün təqdim elədiyim əsas arqumentləri və sübutları kənara qoyaraq, dairə üzrə seçkilərin nəticələrinin ləğvinə dair şikayətimi rədd etdi. Nəticə etibarı ilə, ötən il söz verdiyim kimi, REAL partiyasının lideri vəzifəsindən istefa verdim. Konstitusiya Məhkəməsinin seçkilərin nəticələrinə dair qərarından sonra Siyasi Komitə REAL partiyasına yeni rəhbər seçəcək” – İlqar Məmmədov yazıb.