!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlqar Məmmədov: “Mediasiya xidmətimiz sayəsində boşanmalar azalmağa başlayıb”

!Reklam – Yazi

Bu gün Bakı Biznes Mərkəzində Ədliyyə Nazirliyinin brifinqi keçirilib.

Yenicag.az xəbər verir ki, nazirliyin Qeydiyyat və notariat baş idarəsinin rəisi İlqar Məmmədov yeni yaranan Mediasiya xidməti sayəsində ölkədə boşanmaların sayının azaldığını bildirib.

Qurum rəsmisinin sözlərinə görə, son 10 ildə ölkə ərazisində boşanma halları hər keçən gün daha da artırdı. Lakin Mediasiya qurumunun boşanmaq istəyən cütlüklərə verdiyi psixoloji dəstək nəinki boşanmaların artımını dayandırıb, hətta, onların sayının azalmasına gətirib çıxarıb.

İlqar Məmmədov qeyd edib ki, xidmət boşanmaq üçün müraciət edən insanlara psixoloq ayırır və həmin psixoloqların fəaliyyəti öz effektini verməkdədir.

www.yenicag.az

6733
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv