İlqar Məmmədov REAL-da dəyişiklik etdi

IlqarMartın 25-də Respublikaçı Alternativ Partiyasının Təşkilat Komitəsinin iclası keçirilib.

Koordinat.az xəbər verir ki, iclasda REAL-ın 2016-cı il üçün iş planı müzakirə olunub. Həmçinin REAL-ın Təşkilat Komitəsinin sədri, hazırda həbsdə olan İlqar Məmmədovun yeni təyinatları təsdiqlənib. İlqar Məmmədov ictimai-siyasi məsələlər üzrə katib – Azər Qasımlını, təşkilati məsələlər üzrə katib – Natiq Cəfərlini, konseptual məsələlər üzrə katib – Erkin Qədirlini, hüquqi məsələlər üzrə katib – Xalid Bağırovu təyin edib.