!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlqar Məmmədovla bağlı məhkəmə – Qərarı

!Reklam – Yazi

ilqarmemmedov222Bu gün REAL hərəkatının həbsdə olan sədri İlqar Məmmədovun məhkəməsi keçirilib.

Vəkil Nemət Kərimlinin basta.info-ya verdiyi məlumata görə, Şəki Apellyasiya Məhkəməsində keçirilən prosesdə İlqar Məmmədov barəsində çıxarılan hökm qüvvədə saxlanılıb.

İlqar Məmmədovla yanaşı, Şəki Apelyasiya Məhkəmisi eyni iş üzrə məhkum edilən Müsavat başqanının müavini Tofiq Yaqublunun da şikayətinə baxıb. Məhkəmə bir müddət əvvəl əfv fərmanı ilə azadlığa çıxan Tofiq Yaqublunun barəsindəki hökmü də qüvvədə saxlayıb.

Qeyd edək ki, İ.Məmmədov və T.Yaqublu 2013-cü il yanvar ayının 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunublar. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Məmmədov 7 il, T.Yaqublu isə 5 il müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinə müraciət ediblər. Məhkəmə apellyasiya şikayətlərini təmin etməyib. Bundan sonra İ.Məmmədov və T.Yaqublu kassasiya şikayəti veriblər. Ali Məhkəmə kassasiya şikayətinə baxaraq işi təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərib.

www.yenicag.az

668
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv