ReAl partiyasının həbsdə olan sədri İlqar Məmmədovun işi yenidən Şəki Apellyasiya Məhkəməsinə qaytarılıb.
Yenicag.az xəbər verir ki, bu barədə məlumatı İlqar Məmmədovun vəkili Fuad Ağayev özünün “Facebook” səhifəsində yayımlayıb.
Ağayevin yazdığına görə, Ali Məhkəmənin iyunun 29-da keçirilmiş Plenumu İlqar Məmmədovun barəsində Ali Məhkəmənin cinayət kollegiyasının və Şəki Apellyasiya Məhkəməsinin qərarlarını ləğv edib. İş yenidən Şəki Apellyasiya Məhkəməsinə göndərilib.