Reklam: High Technic
hightechnic

“İlqar Məmmədovun adı siyahıda yoxdur” – Natiq Cəfərli

“Ümumiyyətlə, tanınmış siyasi məhbuslardan heç biri verilmiş əfvə düşməyib”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında ReAl partiyasının icraçı katibi Natiq Cəfərli deyib.

Natiq Cəfərlinin sözlərinə görə, “ReAl”ın sədri İlqar Məmmədovun adı əfv siyahısında yoxdur:

“Bildiyim qədər, İlqar Məmmədovun adı siyahıda yoxdur. Nəinki İlqar Məmmədov, ümumiyyətlə, tanınmış siyasi məhbuslardan heç biri verilmiş əfvə düşməyib.

Siyasi məhbus kimi əfv edilənlər isə Nardaran işi üzrə həbs olunan şəxslərdir”.

Qeyd edək ki, prezident İlham Əliyevbu gün əfv sərəncamı imzalayıb. Məlumata görə, sərəncam 634 nəfərə şamil edilib. İlkin məlumata görə, 12 siyasi məhbusun adı əfv sərəncamına düşüb.

A.Zeynalov

www.yenicag.az

1263