“İlqar Məmmədovun ya başı xarab olub, ya da həbsxanada psixologiyasını pozublar” – ReAl sədrinə CAVAB

“Onun bir adamıni parlamentə buraxdılar, o da deyir ki, məni zorla seçiblər”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında ReAl Partiyasının sədri İlqar Məmmədovun son günlər bir neçə dəfə siyasi rəqibələrinə ünvanladığı aşağılayıcı ifadələrə reaksiya verən Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyib.

Hafiz Hacıyevin sözlərinə görə, ReAl lideri ölkədə gedən siyasi proseslərdə özünü göstərə bilmədiyi üçün bu yolla diqqəti özünə cəlb etməyə çalışır:

“Mən İlqar Məmmədov adını satqınlıqda tanıdım. Həbsxanaya düşdü, orada da özünü yaxşı qoruyub saxlaya bilməyən bir şəxsdir. Bilirsiniz, o, özünü Qərbə təslim etmiş bir adamdır. Bu adamın Azərbaycan xalqından xəbəri yoxdur. Hər yerə şikayət edib Azərbaycan hökümətindən pul aldı. Elə o pulu versəydi, uşaqpulu üçün tələb olunan vəsaitin müəyyən hissəsi təmin edilə bilərdi.

Ölkədə gedən siyasi proseslərdə özünü göstərə bilmədiyi üçün indi bu yola əl atır, başqalarını aşağılamağa çalışır. Baxın, onun bir adamıni parlamentə buraxdılar, o da deyir ki, məni zorla seçiblər. Bunların hamısı bizim gözümüzün qabağında olan məsələlərdir.

Bu adam mənəvi baxımdan azərbaycanlı deyil. Mən bu cür insanları Azərbaycan xalqının düşməni adlandırıram. Elələrinə əhəmiyyət vermək lazım deyil. Görünür, ya başı xarab olub, ya da həbsxanada psixologiyasını çox pis pozublar”.

Aqil Bəkir