!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

İlqardan İNANILMAZ SÖZLƏR: “Məni dəfn etdilər, sonradan dirildim” - FOTOLAR

!Reklam – Yazi

Tanınmış aktyor İlqar Musayev indiyə qədər çəkildiyi filmlərdə 13 dəfə öldüyünü deyib.

Yenicag.az-a açıqlama verən aktyor “tikə-tikə doğrandığını”, “güllələndiyini” və hətta kəfənlənib, torpağa basdırıldığını bildirib:

“13 filmdə ölmüşəm. Hətta mənə deyiblər ki, 13 uğursuz rəqəmdir, get kilsədə şam yandır. Mən dinə də inanıram, amma fikirləşirəm ki, onsuz da növbəti filmdə yenə öləcəyəm.

Hətta bir filmdə qəbrimi də qazmışdılar. Onu həyət evimə gətirib yadigar qoymuşam. O filmə baxanda zal ağlayır, amma ailəm yox. Onlar bilirlər ki, bu, sadəcə oyundur və əslində mənim oyun tərzimə baxırlar. Rusiyada bir filmdə minamyot zərbəsindən tikə-tikə olmuşam, vurub öldürüblər və s.”

İ.Musayev ən dəhşətli ölüm səhnəsindən də danışıb:

“”Azan” filmi işıq üzü gördü, orda ailəsini, uşaqlarını içkiyə, qumara qurban verən əyyaş obrazını canlandırıram. Orda ölüm səhnəsini oynamaq mənim üçnü daha çətin idi. Məni el adəti ilə yudular, kəfənlədilər, dəfn etdilər, sonradan dirildim”.

Cəvahir

www.yenicag.az

15360
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv