“İlyas Çakırbəyli”nin Şuşa səfərinin SƏBƏBİ – “Qarabağ zəfəri”nə HAZIRLIQ – FOTO / VİDEO

Türkiyənin tanınmış prodakşını tərəfindən Qarabağ Zəfərinə həsr olunmuş filmin çəkilişlərinə start verilib.

Yenicag.az xəbər verir ki, “Eşkiya dünyaya hükmdar olmaz” serialında İlyas Çakırbəyli obrazı ilə tanınan türkiyəli məşhur aktyor Ozan Akbabanın ssenarisi əsasında çəkilən filmdə baş rolu da Akbaba özü canlandıracaq.

Bununla da Ozan Akbabanın bir müddət öncə Qarabağın dilbər güşəsi olan Şuşa şəhərini ziyarət etməsinin səbəbi məlum olub. Akbaba Qarabağ zəfəri haqqında film çəkilişlərinə hazırlıq məqsədi ilə Şuşaya gedib.

Xatırladaq ki, ssenarist-aktyor Qarabağdan Paşinyana ismarış da yollamışdı.

 

“Qarabağ” adlı filmin premyerası 2022-ci ilin əvvəllərində baş tutacaq.

Cəvahir