Şanlıurfadakı Anadolu İmam Hatib Liseyi naməlum şəxslər tərəfindən yandırılıb.
Müəllimlər otağı daxil olmaqla 2 sinif otağının yandırıldığı bildirilir. Məktəbin divarlarına PKK lehinə yazılar yazılıb.
Polis məktəbə pəncərədən girildiyini, elektrik, səs və təhlükəsizlik kamerası sisteminin məhv edildikdən sonra 3 nöqtənin yandırıldığı müəyyənləşdirib.
Faktla bağlı araşdırma aparılır.