İmamın evləndiyi gəlin kişi çıxdı – ŞOK OLAY – FOTOLAR

Uqandada hər kəsi təəccübləndirən hadisə yaşanıb.

Yenicag.az xəbər verir ki, Uqandanın Kayunga qəsəbəsində yaşayan 27 yaşlı imam Məhəmməd Mutumbanın iki həftə əvvəl evləndiyi həyat yoldaşı kişi çıxıb.

Mutumba iki həftə əvvəl Svabullah Nabukeera adlı bir “qız”la evlənib. Ancaq Nabukeera toy gecəsi və ondan sonrakı günlərdə mensturasiya olduğunu və buna görə də cinsi əlaqəyə girə bilməyəcəyini deyib.

İki həftə sonra isə Mutumba həyatının şokunu yaşayıb. “Təzə gəlin” qonşunun evindən televizor və paltar oğurlayarkən yaxalanıb. Sonradan məlum olub ki, gəlin əslində, kişidir.

Əsl adının Riçard Tumuşabe olduğu bildirilən “gəlin” Mutumba ilə onu qarət etmək üçün evləndiyini etiraf edib.

Hadisədən sonra insanlar əməlli-başlı şok yaşayıblar. Qəsəbə sakinləri onun qız kimi davrandığını, səsinin də eynilə qız səsi olduğunu bildiriblər.

Evləndiyi “gəlin” kişi çıxandan sonra Mutumbanın imamlıq titulu əlindən alınıb.

COP29