Azərbaycanda məscid imamlarına və müavinlərinə dövlət tərəfindən verilən maddi yardım artırlıb.
İmamlara verilən maddi yardım 630 manatda 882 manata, imam müavinlərinə verilən maddi yardım isə 490 manatdan 685 manata qaldırılıb.
Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı qərar qəbul edib.
***
Azərbaycanda bəzi məscid imamları vəzifəsindən kənarlaşdırılacaq.
Ali və orta ixtisas dini təhsili olmayan imamlara həm dövlət tərəfindən verilən maddi yardım kəsiləcək, həm də onlar vəzifələrini itirəcəklər.
Bu, “Dini etiqad azadlığı haqqında” qanunla tənzimlənir. Həmin qanun 4 may 2021-ci iləd qəbul edilib./Qaynarinfo/